Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyanın Xəzər donanması Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Rusiyanın Xəzər donanması Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb

Rusiyanın Xəzər donanması Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb


Dağıstanda Rusiyanın Xəzər donanmasına aid artilleriya bölmələri təlimlərə başlayıb.

Cənub Hərbi Dairəsinin Xəzər donanmasının dəniz piyadalarının artilleriya bölmələri Dağıstanın Adanak poliqonu və Skorpion taktiki meydanında döyüş atəşinin tətbiqi ilə batareya təlimləri keçirir. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib.

Cənub Hərbi Dairəsindən bildirilib ki, dəniz piyadaları şərti düşmənin dəniz desantının çıxarılmasının qarşısını alacaq müdafiə yönümlü tədbirlər reallaşdıracaq. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən döyüş tapşırığı həyata keçirilməlidir.

Geri dön