Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsində 23 nömrəli məktəbin komandası qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsində 23 nömrəli məktəbin komandası qalib gəlib

“Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsində 23 nömrəli məktəbin komandası qalib gəlib


Respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsinə yekun vurulub.

Rayon icra hakimiyyətindən bildiriblər ki, 54 nömrəli tam orta məktəbdə keçirilən yarışın açılış mərasimində əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Nəsimi rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev bildirib ki, ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş təbliği gənclərlə iş sahəsində qarşıda duran başlıca vəzifələrdən biridir. Belə oyunların əsas məqsədi gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onları ordu sıralarında xidmətə hazırlamaqdır.

Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov vurğulayıb ki, aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Bu qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminlik yaradır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov və aprel döyüşlərinin iştirakçısı, rayon sakini Asif Allahverdiyev komandalara uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra yarışlara start verilib.

Yarışın nəticələrinə əsasən, 23, 54 və 151 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pilləyə layiq görülüblər. “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsinin qalibi olan 23 nömrəli orta məktəbin komandası Bakı şəhəri üzrə zona birinciliyində çıxış etmək hüququ qazanıb.

Geri dön