Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə təntənəli “Su festivalı” keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gəncədə təntənəli “Su festivalı” keçirilib

Gəncədə təntənəli “Su festivalı” keçirilib


Xəzər dənizindən start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti çərçivəsində Gəncədə təntənəli “Su festivalı” keçirilib.
Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən tədbirində minlərlə sakin iştirak edib.
Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva çıxaraq müxtəlif mahnılar ifa edib. Daha sonra Gəncə Şəhər Musiqi Kollecinin tələbələrinin ifasında milli mahnılar səsləndirilib.
"Mirvari" rəqs qrupu və "Buta" vokal ansamblının ifası ilə davam edən festivalda möhtəşəm su effektləri də izləyicilərə nümayiş olunub. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Geri dön