Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk dünyasının korifey bəstəkarlarına ehtiram
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Mədəniyyət > Türk dünyasının korifey bəstəkarlarına ehtiram

Türk dünyasının korifey bəstəkarlarına ehtiram


Aprelin 25-də Ankarada TÜRKSOY və SANKON qurumunun birgə təşkilatçılığı ilə türk dünyası qadın bəstəkarlarının konserti keçiriləcək.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Tatarıstan və Başqırdıstan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Azərbaycandan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə və istedadlı bəstəkar Xədicə Zeynalovanın əsərlərinin ifa olunacağı konsertdən əvvəl isə Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsi ərazisində türk dünyası korifey bəstəkarlarının adı veriləcək evlərin açılışı olacaq.

Qeyd edək ki, həmin evlərdən birinə azərbaycanlı bəstəkar Qara Qarayevin adı veriləcək.

Sabir Şahtaxtı

Geri dön