Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almas İldırımın 110 illik yubileyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Almas İldırımın 110 illik yubileyi

Almas İldırımın 110 illik yubileyi


Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş "Vətən həsrətli mühacir şair" adlı tədbir keçirib. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib.

Universitetdən bildirilib ki, tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva çıxışında Almas İldırımın 110 illik yubileyinə həsr olunan silsilə tədbirlərin Prezidentin Sərəncamı ilə bütün ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu bildirib. İstedadlı şair Almas İldırımın keşməkeşli ömür yolundan, yaradıcılığından bəhs edən Oqtay Rza şairin azadlıq və Vətən eşqi ilə yazıb-yaradaraq çətin, lakin şərəfli həyat yolu keçdiyini vurğulayıb.

Geri dön