Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müəllimlər ev tələbi ilə etiraz aksiyası keçirdi – Zəncanda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Müəllimlər ev tələbi ilə etiraz aksiyası keçirdi – Zəncanda

Müəllimlər ev tələbi ilə etiraz aksiyası keçirdi – Zəncanda


Bir qrup müəllim aprelin 20-də Zəncan Valiliyi qarşısında etiraz aksiyası keçirib.

Əllərində banner daşıyan müəllimlər 11 ildir gözlədikləri tikinti layihəsinin başa çatmadığı və hələ də evlərinin təhvil verilmədiyindən şikayətləniblər.

Onlar son iki ildə qeyd olunan problemə görə dəfələrlə Valilik qarşısına toplaşıb, podratçılara (peymankar) tikinti layihəsini təhvil vermədikləri üçün etiraz ediblər.

Qeyd edək ki, sözü gedən tikinti layihəsinin təməli Mahmud Əhmədinnəjad dövründə qoyulub. 11 il ərzində layihənin 90 faiz işləri görülüb, lakin hələ də işlər yekunlaşmayıb. 4 il öncə layihənin podratçısı dəyişib.

Geri dön