Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub

Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub


Yanvar-mart aylarında emal sənayesində 2,3 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 58,1 faiz azalma, qida məhsullarının istehsalında 3,4 faiz, içki istehsalında isə 37,1 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 2,7 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 3,5 dəfə, marqarin istehsalı 16,8 faiz, duru bitki yağlarının istehsalı 20,4 faiz, cem və marmeladların istehsalı 2,3 faiz, alkoqolsuz içkilərin istehsalı 61,9 faiz, pivə istehsalı 89,0 faiz artıb, bununla yanaşı, qənd istehsalı 10,7 faiz, kərə yağı istehsalı 2,2 faiz azalıb.

Geri dön