Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tillerson: İran terrorizmə himayədarlıq edən başlıca ölkədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tillerson: İran terrorizmə himayədarlıq edən başlıca ölkədir

Tillerson: İran terrorizmə himayədarlıq edən başlıca ölkədir


ABŞ dövlət katibi Reks Tillerson İranın Yaxın Şərq regionunda təhlükə törətdiyini deyib. O bildirib ki, Tehrana nəzarət olmasa, İranın dünya ölkələrində təhrikedici əməllərinin yayılması təhlükəsi mövcuddur.

Tramp administrasiyası İrana Tehranın qlobal təhlükəsizliyə hədə törətdiyinə görə İranla bağlı siyasəti yenidən nəzərdən keçirdiyi haqda xəbərdarlıq edib.

ABŞ dövlət katibi Reks Tillerson: “İran dünyada terrorizmi dəstəkləyən başlıca dövlətdir və münaqişələrin qızışdırılması, habelə ABŞ-ın Suriya, Yəmən, İraq və Livan kimi ölkələrdə maraqlarının zəiflədilməsinə görə məsuliyyət daşıyır, İsrailə qarşı hücumları dəstəkləməkdə davam edir.”

Tillerson deyib ki, nəzarət edilməsə, İranın nüvə ambisiyaları dünya üçün Şimali Koreyanın ambisiyaları qədər təhlükə yarada bilər.

ABŞ dövlət katibi Reks Tillerson: “İranın orta mənzilli son raket sınağı ölkənin BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsini pozaraq, raket texnologiylarını inkişaf etdirib yayılmasını davam etdirdiyini göstərir.”

Tehran 2015-ci ildə Birləşmiş Ştatlar və dünyaın beş ölkəsi ilə İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramının inkişafının dayandırılmasını nəzərdə tutan razılıq imzalayıb. Prezident Donald Tramp razılığa tənqidi münasibət bəsləyərək, onu “müzakirə edilən ən pis razılıq” adlandırıb.

Tillerson deyib ki, nüvə razılaşması İranın nüvə təhlükəsini aradan qaldırmayıb.

ABŞ dövlət katibi Reks Tillerson: “Bu, nüvə ambisiyaları olan güclü ölkənin razı salındığına daha bir nümunədir. Biz onları qısa müddətə öz ambisiyalarından geri çəkilməyə razı salırıq, amma sonra kimsə bu işi həll etməli olur.”

Tillersonun bildirdiyinə görə, razılıqda Tehranın region və dünya üçün yaratdığı təhlükə nəzərə alınmayıb.

Amerikanın baş diplomatı deyib ki, Tramp administrasiyası İrandan gələn mümkün təhlükələri hərtərəfli şəkildə nəzərdən keçirəcək və onların aradan qaldırılması üçün qətiyyətli yanaşma nümayiş etdirəcək. O hansı adımların atıla biləcəyi haqda bir söz deməyib.

AŞB-ın bəzi qanunvericiləri İrana qarşı sanksiyaların aradan qaldırılmasını tənqidlə qarşılayıb. Lakin təhlilçilər bildirir ki, əgər Birləşmiş Ştatlar sanksiyaları indi yenidən təqbiq edərsə, bu, beynəlxalq razılaşmanın pozulması demək olacaq.

Geri dön