Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə keçirilən antiterror əməliyyatlarında 5 hərbçi həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Türkiyədə keçirilən antiterror əməliyyatlarında 5 hərbçi həlak olub

Türkiyədə keçirilən antiterror əməliyyatlarında 5 hərbçi həlak olub


Türkiyənin təhlükəsizlik qüvvələrinin son həftə ərzində Şırnak, Hakkari, Diyarbəkir, Batman, Mardin və Bitlis vilayətlərində keçirdiyi antiterror əməliyyatları çərçivəsində 45 PKK terrorçusu zərərsizləşdirilib.
"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyatlar zamanı 5 hərbi qulluqçu həlak olub, daha 5 nəfər yaralanıb.
Baş Qərargahdan həmçinin bildirilib ki, 2016-cı ilin avqustundan Suriyanın şimalında 243 yaşayış məntəqəsi terrrorçulardan təmizlənib. Bununla da azad edilmiş ərazilərin sahəsi 201 kvadrat kilometrə çatıb. Hazırda El-Bab, Kabbasin və Bzaqah rayonlarının minalardan təmzilənməsi davam edir.

Geri dön