Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Venesuelada etirazlar başlanandan 1300 nəfər tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Venesuelada etirazlar başlanandan 1300 nəfər tutulub

Venesuelada etirazlar başlanandan 1300 nəfər tutulub


Venesuelada hökumətə qarşı etirazlar başlanandan 1300-ə yaxın insan saxlanılıb.

Bu barədə özünün “Tvitter” səhifəsində yerli hüquq müdafiəçisi Alfredo Romero yazıb.

“Aprelin 4-dən bu günədək etiraz aksiyalarında iştiraka görə 1289 nəfər tutulub”, A.Romero qeyd edib.

Bundan əvvəl 585 nəfərin saxlanıldığı bildirilirdi. Son üç həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.

Geri dön