Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Miyananın millət vəkili: “Bu, Azərbaycana yaraşan vəziyyət deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Miyananın millət vəkili: “Bu, Azərbaycana yaraşan vəziyyət deyil”

Miyananın millət vəkili: “Bu, Azərbaycana yaraşan vəziyyət deyil”


Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki millət vəkili Yaqub Şeyvyari Azərbaycanın gərgin iqtisadi vəziyyət və işsizlik problemindən danışıb.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Miyana İcra Hakimiyyəti (Fərmandari) xüsusi statusa malik olmasına rəğmən bu bölgədə işsizlik problemi olduqca ciddidir və əhalinin narazılığına səbəb olur. Halbuki, Miyananın böyük iqtisadi potensialı var. Bölgədə yeraltı mədənlər, məhsuldar torpaq, su qaynaqları, böyük və kiçik su bəndləri və s. kimi iqtisadi potensial mövcuddur, lakin bölgəyə iş adamları və yatırımçılar cəlb olunmayıb. Bu məsələ öz həllini tapmalıdır”- deyə millət vəkili bildirib.

O “Germi Çay” və “Şəhriyar” su bəndlərində uzun müddətdir tikinti işlərinin yekunlaşmamasına da öz etirazını bildirib.

“Yol və Şəhərsalma Nazirliyi Qoşaçay-Miyana-Fumən yolunun təmiri ilə bağlı ciddi işlər görməlidir. Ona görə ki, bu yolda hər gün yol qəzası baş verir və insanlar həlak olur”- deyə Yaqub Şeyvyari əlavə edib.

Geri dön