Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə “Vızvızı və Qırmızı” tamaşası səhnəyə qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə “Vızvızı və Qırmızı” tamaşası səhnəyə qoyulub

Təbrizdə “Vızvızı və Qırmızı” tamaşası səhnəyə qoyulub


Təbrizdə “Vızvızı və Qırmızı” adlı uşaqlar üçün kukla tamaşası türk dilində səhnəyə qoyulub.

Rejissor və musiqiçi Əli Bernunun rəhbərliyi ilə səhnəyə qoyulan tamaşa aprelin 21-dən mayın 5-dək Təbrizdə “22 Bəhmən” Mədəniyyət və İncəsənət Kompleksinin Black Box salonunda nümayiş etdiriləcək.

Yerli mətbuat Əli Bernuna istinadən yazır ki, “Vızvızı və Qırmızı” tamaşası ikinci dəfədir Təbrizdə nümayiş olunur.

“Tamaşa musiqilidir və onun əsas dili türk dilidir. “Vızvızı və Qırmızı” dastanında “Azərbaycan Əfsanələri Kitabı”ndan ilham alınıb. Həmin kitabda “Vızvızı” adlı bir dastan var”- deyə Əli Bernun bildirib.

Gənc rejissor tamaşanın məzmunu haqqında da qısa məlumat verib. “Tamaşa vızvızı adlı bir arıdan bəhs edir. İrqi fərqinə görə arı şanından qovulan arı meşədə milçəkxan və mığmığa musiqi qrupu ilə tanış olur və həyəcanlı bir dastan başlayır”- deyə o əlavə edib.

Geri dön