Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Qaymaqlı, Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Geri dön