Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan Azərbaycana narkotik gətirən sərhəd pozucusu intihara cəhd edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İrandan Azərbaycana narkotik gətirən sərhəd pozucusu intihara cəhd edib

İrandan Azərbaycana narkotik gətirən sərhəd pozucusu intihara cəhd edib


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən növbəti dəfə külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunda sərhəd zastava­sının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri - Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu sərhədçilərin çevikliyi nəticəsində saxlanılıblar. Onların üzərilərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkarlanaraq götürülüb.

Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən Cəfərov Ramin İslam oğlu özünə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb.

Hazırda saxlanılan şəxsin həyatına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Geri dön