Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölündə su tarazlığı səviyyəsi aşağı düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölündə su tarazlığı səviyyəsi aşağı düşüb

Urmu gölündə su tarazlığı səviyyəsi aşağı düşüb


Güney Azərbaycanın Urmu gölündə, vəziyyət heç də bəzi rəsmi şəxslərin iddia etdiyi kimi deyil.

“Urmu gölündə su tarazlığı səviyyəsi ötən ilə nisbətən 16 faiz aşağı düşüb.” Bu barədə Şərqi Azərbaycan Böhran Müdiriyyəti Mərkəzinin rəisi Xəlil Sai “İsna” xəbər agentliyinə danışıb.

“Hazırda Urmu gölündə su tarazlığı dəniz səviyyəsindən 1270.86 metr yüksəkdədir. Bu, ötən illə müqayisədə su tarazlığı səviyyəsinin 16 santimetr aşağı düşdüyünü göstərir”- deyə o bildirib.

Ötən il bölgədə yağıntıların çox olduğunu xatırladan X.Sai qeyd edib ki, “ötən il su tarazlığı səviyyəsi hər gün 2 santimetr yüksəlirdi. Cari ildə isə yalnız aprelin 14-də çoxlu yağıntılara şahid olduq, buna baxmayaraq hələ də Urmu gölündə su tarazlığı səviyyəsi ötənildəki səviyyəyə çatmayıb”- deyə Şərqi Azərbaycan Böhran Müdiriyyəti Mərkəzinin rəisi vurğulayıb.

Qeyd edək ki. İran prezidenti Həsən Ruhani 4 il öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. İranda artıq növbəti prezident seçkiləri başlayır, lakin prezidentin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.

Geri dön