Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə yeni həbs dalğası: “Müxalifət lideri Ərdoğanı ittihamladı”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyədə yeni həbs dalğası: “Müxalifət lideri Ərdoğanı ittihamladı”

Türkiyədə yeni həbs dalğası: “Müxalifət lideri Ərdoğanı ittihamladı”


Çərşənbə günü Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində hərbçilər arasında üçüncü həbs dalğası baş verib.Yeddi hərbi qulluqçu, o cümlədən istefada olan general Fevzi Türkeri həbs olunub. Həbslər 1997-ci il 28 fevral hadisələri üzrə cinayət işinin araşdırılması ilə əlaqədardır. Həmin cinayət işinə görə bir qrup hərbi qulluqçu "Türkiyə Cümhuriyyəti hökumətinin devrilməsinə hazırlıqda və hökumətin öz funksiyalarının (görəvlərini) yerinə yetirməsinə qismən, yaxud tamamilə mane olmaqda" günahlandırılır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin CHP müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu 28 fevral hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində bu gün keçirilən əməliyyatların 3-cü mərhələsi ilə bağlı açıqlama verib. "Cihan"nın verdiyi xəbərə görə, istintaqın cadugər ovuna çevrildiyini söyləyən Kılıçdaroğlu, prokurorların baş nazirdən təlimat aldığını iddia edib. "Məni qaralayan baş nazir Ərdoğandır. İntiqam hissi ilə hüquq və ədalət axtarmaq olmaz. Prokurorlar baş nazirin təlimatını yerinə yetirir", - Kamal Kılıçdaroğlu deyib.

Geri dön