Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilin hava limanı yolu ətrafında iməcilik keçirilib
Ərdəbilin hava limanı yolu ətrafında iməcilik keçirilib |
Ərdəbildə baharın gəlişi bölgə əhalisinin yaz qayğılarını da artırıb.
Son illərdə ətraf mühitin qorunması və ekologiyanın yaxşılaşdırılmasına xüsusi diqqət yetirən azərbaycanlılar Ərdəbil hava limanı yolunun ətrafını Səreynə qədər zibil və məişət tullantılarından təmizləyiblər. Aprelin 21-dən başlayan iməcilik işləri bir həftə davam edib. Yol ətrafı üçyoldan Səreynə qədər səreynli ətraf mühit tərəfdarları tərəfindən zibil və məişət tullantılarından təmizlənib. Məqsəd şəhəri təmizləmək və bu mədəniyyəti əhali arasında təbliğ edərək onu ənənəyə çevirməkdən ibarət olub. Qeyd edək ki, oxşar işlər ötən illərdə Urmu gölü ətrafında da dəfələlər görülüb. Urmiyədə vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmu gölü böhranını da gündəmə gətirmək məqsədi güdüb. Geri dön |