Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı

Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı


Bu gün (27.04.2012) Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partlayışların və yaralıların sayı dəqiqləşib.

Məlumatlara görə, Dnepropetrovsk şəhərində 20-30 dəqiqə intervalla 10 partlayış baş verib, 27 nəfər yaralanıb.Ukrayna Daxili İşlər Nazirliyi Dnepropetrovskda operativ qərargah yaradıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə əhalinin sıx olduğu yerlərdə şübhəli predmetləri yoxlayırlar. Hüquq-mühafizə orqanları əsasən zibil qutularını yoxlayır. Çünki baş verən partlayışlar zamanı partlayıcı qurğuların zibil qabına yerləşdirildiyi məlum olub.

Hüquq-mühafizə orqanları əhalini diqqətli olmağa, şübhəli predmetlər görərkən operativ qərargaha müraciət etməyə çağırıb. Şəhərin küçələrində “Berkut” xüsusi təyinatlıları zirehli maşınlarda növbə çəkirlər.

Geri dön