Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır

Roma Papası: Üçüncü bir ölkə Şimali Koreya-ABŞ gərginliyinin həllində vasitəçi olmalıdır


Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb.

Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb.

“Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır”, - deyə Roma Papası bildirib.

Geri dön