Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər


Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. Dörd gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq.

Məşqçilər korpusu Çimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədova (85 kq-dan yuxarı) şans verəcək.

Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.

Geri dön