Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Türk dünyası-Turan > Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır


Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar. Bunu Türkiyə Boks Federasiyasının rəhbəri Eyyub Gözgeç deyib.

Onun sözlərinə görə, boksçular yarışlara hazırlıq məqsədilə Balıkesir vilayətinin Ayvalık şəhərindəki düşərgədə məşq edirlər:

"Çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları qardaş ölkədə - Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan idmançılarına yarışlarda uğurlar arzulayırıq".

E.Gözgeç bildirib ki, İslam Həmrəyliyi Oyunları irimiqyaslı idman tədbirlərindən biridir:

"Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirdi. Belə iri tədbirləri təşkil etmək üçün güclü iradə lazımdır. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə təşkil ediləcək".

Qeyd edək ki, Türkiyəni Bakı-2017-də boks yarışlarında 10 idmançının təmsil edəcəyi gözlənilir.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunların mayın 8-22-də Bakıda keçiriləcək.

Geri dön