Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hüseyn Cavid Muğam Mərkəzində anılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Hüseyn Cavid Muğam Mərkəzində anılacaq

Hüseyn Cavid Muğam Mərkəzində anılacaq


İyunun 2-si Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində şair, yazıcı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili-ədəbi gecə keçiriləcək.

Konsertdə ADMİU - nun Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU - nun II kurs tələbəsi Məftun Səfərli iştirak edəcəklər.

Müşayiət edəcək ADMİU-nun xalq çalğı alətləri ansamblı: Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban), Soltan Məmmədov (nağara). Tədbirdə Hüseyn Cavidin şeirlərini bədii qiraət ustası, əməkdar artist, dosent Azad Şükürov səsləndirəcək.

Geri dön