Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib

Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib


Artıq bülletenlərin 100 faizi hesablanıb.

Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb.

Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

***

03:43

Fransada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

Artıq bülletenlərin 98,26 faizi hesablanıb.

Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche!” ("İrəli!") hərakatının lideri Emmanuel Makron 65,82%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 34, 18 % səs toplayıb. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib.

Emmanuel Makron 1977-ci il, dekabrın 21-də Amyen şəhərində doğulub. 2004-2008-ci illərdə Fransa İqtisadiyyat nazirliyində müfəttiş vəzifəsində çalışıb. 2008-ci ildə “Rothschild & Cie” bankında fəaliyyətə başlayan E.Makron iki il sonra bankın idarəçi tərəfdaşı postunadək yüksəlib. 2012-2014-cü illərdə prezident Fransua Ollandın administrasiyasında çalışıb. 2014-cü ildə Fransanın İqtisadiyyat naziri təyin edilib. 2016-cı il, avqustun 30-da vəzifəsindən istefa verib. 2006-2009-cu illərdə Sosialist partiyasının üzvü olub, 2016-cı ildə “İrəli!” hərəkatını yaradıb. Evlidir.

00:41


Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

Hazırda bülletenlərin 75 faizi hesablanıb.

Bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin “Tvitter”-dəki açıqlamasında bildirilir.

Məlumata əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 63,16%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 36, 84% səs toplayıb.

M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

***

22:11

Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

İlkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.

M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

***

20:32

Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.

Bu barədə RTBF telekanalı xəbər verib.

Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.

Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.

Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.

Geri dön