Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəliblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəliblər

Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor fəalları bir araya gəliblər


Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin rəhbərliyi, habelə krallıqda yaşayan türk diasporlarının fəalları Kopenhagen şəhərində Türkçülük gününə həsr olunan tədbirdə bir araya gəliblər.

Yerli KİV təmsilçilərinin, Türkiyənin Danimarkadakı səfirliyinin əməkdaşlarının, Şimali Avropada fəaliyyət göstərən müxtəlif türk diaspor cəmiyyətlərinin də qatıldığı tədbir ictimaiyyət nümayəndələrinin marağına səbəb olub.

Tədbiri açan Skandinaviya Türk Federasiyasının rəhbəri İlhan Esen Danimarkada Türkçülük gününə həsr olunan belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bu ölkədəki və regiondakı türk diaspor təşkilatlarının apardığı işdən söz açıb. Sonra o, türk xalqlarının həmişə birgə amal uğrunda çalışmasının əhəmiyyətini diqqətə çatdırıb, bu istiqamətdə planlaşdırılan layihələrdən danışıb.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Türkiyənin Danimarkadakı diaspor rəhbərləri və səfirlik nümayəndələri ilə söhbət zamanı birgə həyata keçirilən layihələrə toxunub, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb.

Rauf Əliyev

Geri dön