Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında mübarizə aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında mübarizə aparacaq

“Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında mübarizə aparacaq


Futbol üzrə U-19 Liqasında XXXI turun oyunları keçirilib.

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” ilə qarşılaşıb.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı komanda sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, komanda xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal fərqi ilə qabaqlayıb.

Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Geri dön