Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək


Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.
Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.
Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.
Finaldan bir gün əvvəl bütün finalçılar son məşqlərini ediblər.
Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Geri dön