Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İş adamı şəhid ailələrinə və yaralı gizirlərə mənzil bağışladı
İş adamı şəhid ailələrinə və yaralı gizirlərə mənzil bağışladı |
Tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycandadır.
Tanınmış iş adamı mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə öz şəxsi vəsaiti hesabına torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin bu il fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi təxribatları dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb. Tam təmirli evlərin hər biri 3 otaqlıdır. Məlumata görə, ilin sonuna qədər 6 ailə, ümumlikdə isə 10 ailə evlə təmin olunacaq. Bundan başqa, o, xüsusi təyinatlı gizirlər Natiq Mehdiyev və Ülfət Həsənovun müalicə xərclərini də öz üzərinə götürüb. Aqşin Abdullayevin anası Dusrun Cavadova Modern.az-a faktı təsdiqləyib. O, iş adamına təşəkkürünü bildirib: “Sağ olsun, Fizuli bəy. Ev Xətai rayonu, Əliağa Şıxlinski küçəsində yerləşir, 3 otaqlı, tam təmirlidir. İçərisində soyuducu, televizor və s. avadanlıqları olan evin açarlarını verdi. Tədbir mayın 10-da Müdafiə Nazirliyinin baş idarəsində keçirildi”. Qeyd edək ki, iş adamı aprelin 24-də Azərbaycana gəlsə də, işləri ilə bağlı geri qayıtmış və mayın 9-da təkrar vətənə gəlmişdi. Bundan əvvəl F.Məmmədov Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq yüksək qiymətləndirilib. Gülşən RAUFQIZI Geri dön |