Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT: Mosulda yeni qaçqın dalğası yarana bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > BMT: Mosulda yeni qaçqın dalğası yarana bilər

BMT: Mosulda yeni qaçqın dalğası yarana bilər


BMT-nin Qaçqınların İşi üzrə Agentliyi İraqın Mosul şəhərinin qərbində İŞİD qruplaşmasına qarşı davam edən hərbi əməliyyatlar nəticəsində yeni qaçqın dalğasının yarana biləcəyi barədə xəbərdarlıq edib.

BMT-nin Ali Komissarının İdarəsi şəhəri tərk edəcək əhali üçün yeni düşərgələr hazırlayır.

İraq hökumətinin məlumatına əsasən, Mosulda 2016-cı ilin oktyabrından başlayan hərbi əməliyyatlar nəticəsində şəhəri 630 min nəfər tərk edib ki, onların 141 min nəfəri artıq evlərinə qayıdıb.

Qeyd edək ki, ölkənin bir hissəsini nəzarət altına alan İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir.

Oktyabrın 17-dən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhərinin İŞİD-dən azad olunması uğrunda hücum əməliyyatları aparır. Şəhərin şərq hissəsi terrorçulardan təmizlənib. Bir müddətdir ki, qərbi Mosul uğrunda ağır döyüşlər gedir. İraq komandanlığının məlumatına görə, şəhərin qərb hissəsinin dörddə üç hissəsi artıq azad olunub.

Geri dön