Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Tuberkuloz və QİÇS daşıyıcıları paxıl olurlar, xəstəliklərini yayırlar"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > "Tuberkuloz və QİÇS daşıyıcıları paxıl olurlar, xəstəliklərini yayırlar"

"Tuberkuloz və QİÇS daşıyıcıları paxıl olurlar, xəstəliklərini yayırlar"


"QİÇS və bəzi yoluxucu xəstəliklər gizli yayılır. Bunun artmasının səbəbi isə xariclə əlaqənin artmasıdır".

Bu barədə tibb elmləri namizədi Rəşid Mahmudov bildirib.
Onun sözlərinə görə, xaricə gedən, orada xəstələnən şəxslərin çoxu başqalarına da ötürür və xəstəliyin yayılmasına səbəb olur:
"Bütün bu xəstəliklərin hamısı da yoxlanılmalıdır. Biz müsəlman ölkəsiyik. Belə hallar olmamalıdır.
Çox ölkələrdə adi narkomaniya, siqaret, tiryək kimi vasitələr satılır. Gəlib, bir məkanda oturub, tiryəki çəkirsən, iki saat oradan durub getməyə icazə vermirlər. Sonra isə evə buraxırlar, heç kəsə ziyanı olmur. Bu mümkündür. Belə etsələr bunun miqdarı da azala bilər. Amma bizimkilər gedib onu öyrənəcəklər, görək nə dadır. Mən də istəyərdim tiryək görüm. Amma görməmişəm. Bunlar qorxulu şeylərdir. QİÇS və s. xəstəlikləri gizli keçirirlər. Tuberkuloz və QİÇS daşıyıcıları çox paxıl olurlar, xəstəliklərini yaymağa çalışırlar. Xariclə əlaqələr də sıx olduğuna görə onlar gəlib-gedirlər, xəstəliklər yayılır".
Qeyd edək ki, Azərbaycanda 268 min 174 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib. "11 min 516 nəfərdə talassemiya daşıyıcılığı, 1060 nəfərdə sifilis, 191 nəfərdə isə QİÇS aşkar edilib.

Geri dön