Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ev” Filminin yönətmən, ssenarist və aktyorları təqdir olundu – Təbrizdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Ev” Filminin yönətmən, ssenarist və aktyorları təqdir olundu – Təbrizdə

“Ev” Filminin yönətmən, ssenarist və aktyorları təqdir olundu – Təbrizdə


Təbrizin İncəsənət üzrə rəsmi məsulları Beynəlxalq Fəcr Film Festivalında birinciliyi əldə edən “Ev” Filminin çəkilməsində əməyi olan hər kəsin fəaliyyətini təqdir ediblər.

Güney Azərbaycanın film tarixində ilk dəfə beynəlxalq film festivalının 3 əsas mükafatını qazanan “Ev” filminin yönətmən, ssenarist və aktyorlarının fəaliyyəti mayın 11-də Təbrizin “Nəbiye Əkrəm” universitetində keçirilən mərasimdə yüksək qiymətləndirilib.

Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur filmin yönətməni Əsğər Yusifinejadın filmlə bağlı çəkdiyi zəhmətdən söz açaraq onu cəsarətli şəxs adlandırıb. ““Ev” filmini çəkənlər, özünə güvən iddiasını öz işlərində sözün əsl mənasında göstəriblər. Onlar Azərbaycan teatrı və film üçün yeni cığır açıblar”- deyə o bildirib.

“Nəbiye Əkrəm” universitetinin Nümayiş Qrupunun müdiri Əbdulhüseyn Lalə də “Ev” filminin hazırlanmasını böyük hadisə adlandırıb. “Bir zamanlar deyirdilər ki, heç bir film türk dilində uğur qazanıb bu qədər səs sala bilməz. Halbuki bu gün Azərbaycan türkcəsində heç bir siyasi yönü olmadan film çəkilib və Beynəlxalq Fəcr Film Festivalında birincilik qazanıb. Biz yaxın gələcəkdə “Ev” filminin uğurlarına beynəlxalq səviyyədə də şahid olacayıq”- deyə o bəyan edib.

Əbdulhüseyn Lalə əlavə edib ki, hazırda 20 beynəlxalq festival “Ev” filmini nümayiş etdirməyə hazır olduğunu elan edib.

Mərasimin sonunda “Nəbiye Əkrəm” universitetinin məzunları olan filmin yönətmən, ssenarist və aktyorlarının fəaliyyəti təqdir olunub.

“Ev” filmi Təbrizli bir ailənin ağsaqalının ölməsi mövzusu haqda ssenaridi. Bir kişi dünyasını dəyişir. Ölməmişdən əvvəl onun meyitinin Universitetin tibbi araşdırmalarına verilməsini vəsiyyət etsədə onun qızı bununla razılaşmır. “Ev” filmi öz sujet xətti və peşəkar çəkilişi ilə bütün festival iştirakçılarının heyrətlənməsinə səbəb olub.

Geri dön