Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı

Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı


İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb.

Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.

Dudullu-Bostancı metro xəttinin çəkildiyi Ali Nihat Tarlan prospektində işçilər elektrik xətləri üçün qazıntı apardıqları zaman bir tunellə qarşılaşıblar. İşçilər baxış zamanı tunelin ərazidəki bir zərgərlik mağazasına doğru istiqamətləndiyini müəyyən ediblər.

İşçilər vəziyyətlə bağlı polislərə və zərgərə məlumat veriblər. Aparılan araşdırmalar təxminən 7 metr irəliyə uzanan tunelin prospektdə olan bir zərgərlik dükanına getdiyini təsbit edib. Zərgərlik dükanına çatmağa 2 metr qaldığı təyin olunan tunelin digər ucunun da yolun qarşı tərəfinə getdiyi ortaya çıxıb. Tuneli qazanların kimliyini müəyyən etmək üçün araşdırmaya başlayan polislər ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Geri dön