Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cocuq Mərcanlıda 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Cocuq Mərcanlıda 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Cocuq Mərcanlıda 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 17-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

Cocuq Mərcanlıda gün ərzində 1 504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ)) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənib, 32 500 kv.m (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Geri dön