Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda prezident seçkilərinin ilkin nəticələri: Ruhani rəqibindən xeyli irəlidədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda prezident seçkilərinin ilkin nəticələri: Ruhani rəqibindən xeyli irəlidədir

İranda prezident seçkilərinin ilkin nəticələri: Ruhani rəqibindən xeyli irəlidədir


Mayın 19-da İranda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri elan edilib. İlkin nəticələrə görə, İran prezidenti Həsən Ruhani əsas rəqibi olan İbrahim Rəisidən xeyli irəlidədir.

Bu barədə İranın Seçkilər Qərargahının rəisi Əli Əsğər Əhmədi mayın 20-si sübh saat 9-da jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib, mayın 20-si sübh saatlarına qədər sayılan 25 milyon 966 min 729 səsdən Ruhani 14 milyon 619 min 848 səs qazanaraq birinci yerdədir.

Həmçinin İbrahim Rəisi 10 milyon 125 min 855 səslə ikinci, Mustafa Mirsəlim 297 min 276 səslə üçüncü, Mustafa Haşimi Təba isə 139 min 331 səslə dördüncü yerdədir.

Beləliklə də bura qədər Ruhani, seçicilərin sandıqlara saldığı səslərin 56 faizini qazanaraq birinci, Rəisi isə 39 faizlə ikinci yerdədir.

Seçkinin tam nəticələrinin bu gün axşama qədər elan ediləcəyi gözlənilir.

Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib. Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad İbrahim Rəisi arasında aparılıb.

Geri dön