Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın məşhur müsəlman idmançıları haqqında kitab çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Dünyanın məşhur müsəlman idmançıları haqqında kitab çap olunub

Dünyanın məşhur müsəlman idmançıları haqqında kitab çap olunub


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "World’s famous muslim athletes” (Dünyanın məşhur müsəlman idmançıları) adlı kitab nəşr edib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, kitabın müəllifləri DQİDK-nın əməkdaşları Orxan Maşayev və Tural Vəlizadədir. Ön sözün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının olduğu kitabda idmanın insan həyatındakı rolundan və İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs edilib. İngilis dilində nəşr olunmuş kitabda, eyni zamanda, dünya səviyyəsində böyük nüfuz sahibi olan görkəmli müsəlman idmançıların həyatı haqqında məlumatlar yer alıb.

Nəşrin “Olimpiya Hərəkatı: yaranma və inkişaf tarixi”, “Azərbaycan Olimpiya Oyunlarında” bölmələrində 1997-ci ilin ikinci yarısında ölkəmizin idman tarixində yeni səhifə açılmasından - İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idman sahəsində köklü islahatlara başlanılmasından bəhs edilir.

Kitabda “İdmanın insan psixologiyasına təsirləri”, “İdman beynimizə necə təsir edir?”, “İdmanın şəxsiyyət üzərində təsirləri”, “İslamda idmana baxış”, “İdman və qadın” bölmələrində idmanın ictimai dəyərlərin meydana gəlməsində, fərdin ictimailəşməsində, insanlarla dialoq qurmasında əhəmiyyətli roluna toxunulur. Müsəlman qadınların idmanla məşğul olmasının, idman yarışlarında iştirakının dinin idmana müsbət münasibəti fikrinə əsaslanaraq əhəmiyyəti vurğulanır. Nəşrdə bu mövzularda həm Quranda, həm də Məhəmməd Peyğəmbərin (s) hədislərində müxtəlif göstəriş və nəsihətləri də görmək olar. İnkişafetdirici, həm gələcəyə hazırlıq kimi xüsusiyyət daşıması baxımından xüsusilə uşaqlar və yeniyetmələr arasında təbliği əhəmiyyət kəsb edən milli idman növlərimiz-zorxana, qalaqapı, eləcə də yarış, qaçış, üzgüçülük, atçılıq, atıcılıq, güləş, Uzaq Şərq idman növü olan cüdo, taekvando, karate və qılıncoynatma kimi idman növləri haqqında ətraflı məlumat verilir.

İki il əvvəl ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropa idmanı tarixinə möhür vuran Azərbaycan dövləti dünyaya yüksək təşkilatçılıq nümunəsi göstərdi. Avropa ölkələri, onların olimpiya komitələri, beynəlxalq təşkilatlar ölkəmizin qısa müddət ərzində belə bir beynəlxalq miqyaslı idman tədbirini yüksək səviyyədə keçirə bilməsinə və Azərbaycan dövlətinin qüdrətinə şahid oldular.

Mayın 12-dən 22-dək paytaxtımız Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançısı iştirak edir. Ölkəmiz idman yarışlarını yüksək səviyyədə keçirməklə növbəti dəfə idman tarixində yeni səhifələr yazır, idmançılarımız isə yeni qələbələrlə xalqımızı sevindirir. Ölkəmizin həyatında əlamətdar hadisə kimi tarixə düşəcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələrinin birliyini, həmrəyliyini dünyaya isbat edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan bu nəşrin həm ümumi məzmunu, həm də estetik tərtibatı ilə bütün idmansevərlərin zövqünü oxşamaqla IV İslam Həmrəyliyi Oyunlarına dəyərli töhfə olacağına ümidvarıq.

Geri dön