Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oqtay Əsədov Ştrasserə cavab verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Oqtay Əsədov Ştrasserə cavab verdi

Oqtay Əsədov Ştrasserə cavab verdi


Parlamentin 1 may iclasında danışan Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının alman deputatı Kristofer Ştrasserin Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsini boykot etmək çağırışını pisləyib.
Spiker deyib: “Bu onun səviyyəsini və Azərbaycana qərəzli yanasdığını göstərir. Eyni zamanda Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzli yanaşır və Azərbaycanda “Avroviziya”nın boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüququnu pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır”.

Geri dön