Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsi nə üçün işə düşmür?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsi nə üçün işə düşmür?

Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsi nə üçün işə düşmür?


Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsinin fəaliyyətə başlamamasının səbəbini açıqlayıb.

O bu barədə “Təsnim” xəbər agentliyinə danışıb.

“Qanuna görə, azad ticarət zonası və xüsusi iqtisadi məntəqələrin coğrafi xəritələri hökumət tərəfindən hazırlanıb parlamentdə təqdim olunmalıdır. Lakin belə bir xəritə hazırlanmadığı üçün parlamentdə bu məsələ ilə bağlı qeyri-müəyyən bir vəziyyət yaranıb. Bundan öncə parlamentin iqtisadi komissiyasında Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsinin məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib. İndi parlament hökumətin coğrafi xəritəsini gözləyir”- deyə millət vəkili vurğulayıb.

Nadir Qazipur həmçinin xüsusi iqtisadi məntəqənin adına da aydınlıq gətirib. “9-cü parlament mənim təklifim əsasında Sero xüsusi iqtisadi məntəqəsinin adının dəyişdirilməsini müzakirə edib və onun Urmiyə-Sero xüsusi iqtisadi məntəqəsi adlandırılmasına qərar verib”- deyə o bildirib.

N.S

Geri dön