Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri terror və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirlərini müzakirə edəcək
MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri terror və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirlərini müzakirə edəcək |
MDB ölkələrinin təhlükəsizlik və dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 42-ci iclası bu gün Bişkekdə keçiriləcək.
İclas zamanı iştirakçılar terrorizm və transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sferasında MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığılın təkmilləşdirilməsi, MDB ölkələri arasında qeyri-qanuni miqrasiyanın tranzit kanalları fəaliyyətiylə məşğul olanlarla bağlı informasiya mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini müzakirə edəcək. MDB-nin Antiterror Mərkəzinin (ATM) rəhbəri Andrey Novikov 2014-2016-cı illər üzrə MDB dövlətlərinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizəsi üzrə Əməkdaşlıq Proqramının icrasının, eləcə də Mərkəzin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edəcək. Şuranın işində müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransadan tərəfdaş nümayəndə heyətləri də iştirak edəcək. Geri dön |