Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yəhya Qolməhəmmədi “Traxtur”un baş məşqçisi oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yəhya Qolməhəmmədi “Traxtur”un baş məşqçisi oldu

Yəhya Qolməhəmmədi “Traxtur”un baş məşqçisi oldu


Mayın 24-də Təbrizin “Traxtur” futbol klubu ilə baş məşqçi Yəhya Qolməhəmmədi arasında razılıq əldə olunaraq komandanın yeni baş məşqçisi məlum olub.

Son günlərdə mətbuatda yayılan məlumata görə, Təbriz klubu baş məşqçi Əmir Qələnoi komandadan ayrıldıqdan sonra onun yerinə Abdulla Veysi, Əli Dayi, Qulamhüseyn Fərəki, Rəsul Xətibi və Cavad Nikunam kimi baş məşqçiləri nəzərdən keçirib, lakin sonda Ərdəbil əsilli futbolçu Y.Qolməhəmmədi baş məşqçi postuna gətirilib.

Y.Qolməhəmmədi bundan öncə Tehranın “Perspolis”, İsfahanın “Zob Ahən” və birinci dəstədə oynayan “Oksin Əlborz” komandalarında baş məşqçi vəzifəsində işləyib.

İslam İnqilabi Keşikçilər Korpusu (“Sepah”) üzvlərinin “Traxtur” klubunu nəzarətdə saxlaması bir çox problemlərə səbəb olub. Klub FİFA-nın qərarına əsasən növbəti mövsümdə yeni oyunçu transfer edə bilməyəcək. Təbriz klubu eyni halda ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb, problemlərdən dolayı ötən günlərdə bir neçə güclü oyunçu komandanı tərk edib.

“Traxtur” tərəfdarları düşünür ki, rejim Azərbaycan komandasını tədricən zəiflətməklə onu idman meydanlşarından uzaqlaşçdırmağa çalışır.

Geri dön