Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlılar Tehranda keçirilən Beynəlxalq Fotoqraf Yarışmasında parladılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlılar Tehranda keçirilən Beynəlxalq Fotoqraf Yarışmasında parladılar

Azərbaycanlılar Tehranda keçirilən Beynəlxalq Fotoqraf Yarışmasında parladılar


İran paytaxtı Tehranda “Qeyri-maddi mədəni irs” Beynəlxalq Fotoqraf Yarışması keçirilib.

Yarışmanın yekununda Ərdəbildən Əbdulrəhman Mücərrəd, Təbrizdən Sabir Qazi və Urmiyədən Cavad Əsgəroğlu seçilmiş iştirakçılar kimi təqdir lövhəsinə layiq görülüb.

Yarışmanın digər qalibləri pakistanlı İbrahim Mahmud və ermənistanlı Hakub Kimtelyan isə xatirə lövhəsi ilə mükafatlandırılıb.

Tehran Beynəlxalq Fotoqraf Yarışmasına 12 ölkənin (İran, Tacikistan, Ermənistan, Cənubi Koreya, Hindistan, Fransa, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Pakistan və Əfqanıstan) nümayəndəsi qatılıb, yarışmada 403 foto final mərhələsinə yol tapıb.

N.S

Geri dön