Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər?

Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər?


"Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir".
Bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.

Onun sözlərinə görə, mütəmadi oruc tutanlarda tibbi nöqteyi-nəzərdən effekt daha yüksək olur: "Oruc tutduqda orqanizm istirahət edir. Amma orucun əks təsir göstərdiyi məqamlar da var. Bəzən günaha batacağından çəkinən xəstə insanlar da oruc tutur. Bu da sonradan onların xəstəliklərinin ağırlaşmasına səbəb olur. Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlar, yüksək təzyiqdən, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər, onkoloji xəstələr, şəkərli diabet xəstələri oruc tutmamalıdırlar. Bəzən illərlə oruc tutan biri müəyyən xəstəliyə yoluxduqdan sonra da dinin əsas şərtlərindən birinə əməl etməyə çalışır. Ancaq sonradan bunun çox ağır fəsadları ortaya çıxır. Bununla belə, orucun sinir sisteminin funksional pozğunluğu, əsəbilik, nevroz halları, piylənmə kimi problemlərdə çox böyük effektli olur. Orqanizmi bir qədər sakitlik rejiminə salmaqla həmin patologiyaları aradan götürmək olur. Orucluq ən çox da piylənmə üçün gözəl dərmandır. Ümumiyyətlə, ildə bir dəfə oruc tutmaq dərmanlardan və s. vasitələrdən daha çox effekt verir".

İ.Əfəndiyev bildirib ki, insan orucun ilk günləri iftarda çox yesə də, bir-iki gündən sonra aclıq hissi güclü olmur: "Adətən, hər il mütəmadi oruc tutan insanlar iftarda çox az qida qəbul edirlər. Oruc tutan insanlar iftarda başqa günlərdə qəbul etdiyi miqdarda və çeşiddə yeməkləri qəbul etsə daha yaxşı olar. İftarda müxtəlif yemək çeşidlərindən ibarət böyük bir süfrə açmağın mənası yoxdur. Əgər orucluqda orqanizimi az qidalanmağa keçirirsənsə, mədəni doldurmağın nə mənası var? Gündə nə yeyilirdisə, iftarda da onu yemək lazımdır. Hər şeydən bir tikə yemək oruc orqanizmdə yavaşlayan zərərli proseslərin yenidən baş qaldırmasına səbəb olur. Orqanizm birdən-birə çox qida qəbul edəndə orqanlar patoloji nöqteyi-nəzərdən fəaliyyət göstərməyə başlayırlar".

Qeyd edək ki, bu il Ramazan ayı miladi təqvimlə mayın 27-də başlayacaq.

Geri dön