Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub

Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub


Türk dünyası hikayə yarışmasının ən böyük mükafatına layiq görülən Qəfur İmamizadənin “Qırmızım” kitabı nəşr olunub.

Müəllifi güney azərbaycanlı olan “Qırmızım” kitabı müxtəlif hikayələrdən ibarətdir, kitab Azərbaycan türkcəsində yazılıb.

2016-cı il dekabr ayında Qazaxıstanın Almatı şəhərində Türkiyə Baş Nazirliyinin Tanıtma Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə IV Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Yarışması keçirilib. Yarışmada Güney Azərbaycandan Qəfur İmamizadə Xiyavinin “Qırmızım” hekayəsi birinci, Türkiyədən Mehmet Akif Dumanın “Türbedar risaləsi” hekayəsi ikinci, Qazaxıstandan Berik Şahanovun “Ögey ömür” hekayəsi üçüncü və Azərbaycan Respublikasından Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi dördüncü yerə layiq görülüb. Türkiyə və Qazaxıstan rəsmiləri və 17 türk dövləti və topluluqlarından yazıçıların qatıldığı yarışmanın ən böyük mükafatı Güney Azərbaycan təmsilçisinə təqdim olunmuşdur.

Geri dön