Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əzimi Qədim azadlığa buraxıldıqdan sonra özünə qarşı irəli sürülən ittihamları açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əzimi Qədim azadlığa buraxıldıqdan sonra özünə qarşı irəli sürülən ittihamları açıqlayıb

Əzimi Qədim azadlığa buraxıldıqdan sonra özünə qarşı irəli sürülən ittihamları açıqlayıb


Tehranın Evin zindanından yenicə müvəqqəti azadlığa buraxılan azərbaycanlı milli-mədəni fəal Höccətul-İslam Əbduləziz Əzimi Qədim özünə qarşı irəli sürülən ittihamlarla bağlı bir mətn paylaşıb.

“Bu gün çərşənbə axşamı, mayın 23-də 4.5 ay saxlandıqdan sonra Evin zindanından azad edildim. Mən və qardaşım Əli Baqiri saxlanıldıqdan sonra, bizə qarşı irəli sürülən ittihamlar və “Aqillik, təhlil və əməl” Teleqram kanalı ilə bağlı bir çox şayiələr yayılıb. Deməliyəm ki, zahirdə “Aqillik” kanalı ilə əlaqədar görünsə də, əslində əsas ittihamlar Parlamentdə Türk Bölgələri Deputatları Fraksiyası ilə bağlı idi. Elan edirəm ki, bu barədə digər ittihamlarla əlaqədar deyilən şayiələr və bizdən sonra “Aqillik” kanalında yayılan mətləblərin bizimlə heç bir əlaqəsi yoxdur”-deyə azərbaycanlı fəalın yaydığı mətndə qeyd olunub.

O həmçinin hələlik təhlükəsizlik qüvvələrinin onun mobil telefonunu təhvil vermədiyini qeyd edib.

Ə.Əzimi Qədim çərşənbə axşamı 400 milyon tümənlik mülki vəsiqə qarşılığında Tehranın Evin həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Din xadimi ilə birlikdə yaxalanan azərbaycanlı fəal Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Hər iki fəal 2017-ci il yanvarın 7-də Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılmışdır.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

Geri dön