Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəzi məntəqələrdə səslər yenidən sayılacaq – Urmiyədə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bəzi məntəqələrdə səslər yenidən sayılacaq – Urmiyədə

Bəzi məntəqələrdə səslər yenidən sayılacaq – Urmiyədə


Güney Azərbaycanın Urmiyə şəhərində 5-ci Şura Seçkiləri ilə bağlı bəzi məntəqələrdə səslər yenidən sayılacaq.

Bu barədə Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxani məlumat verib.

“Urmiyədə Şura Seçkiləri ilə bağlı şübhə doğuran bəzi sandıqların səsləri yenidən sayılacaq. Səslərin yenidən sayılmasında icra və nəzarət heyətlərinin nümayəndələri iştirak edəcək”- deyə o bildirib.

Urmiyədə keçirilən Şura Seçkilərinin nəticəsinə 32 namizəd etiraz edib.

Səslərin yenidən sayılmasına bu gün başlanılıb, nəticənin sabah elan olunacağı gözlənilir.

Bundan öncə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli Şura seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar təmsil etdiyi şəhərdə bəzi məntəqələrdə səslərin yenidən sayılacağını açıqlamışdır.

Geri dön