Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avronest PA-nın iclasında Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyəti ermənilərə basqı nümayiş etdirdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Avronest PA-nın iclasında Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyəti ermənilərə basqı nümayiş etdirdilər

Avronest PA-nın iclasında Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyəti ermənilərə basqı nümayiş etdirdilər


Bu yaxınlarda Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə deputatlar Ağalar Vəliyev və Fərəc Quliyev qurumun iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdə olublar. Enerji təhlükəsizliyi komitəsinin üzvü Fərəc Quliyev Modern.az-a açıqlamasında səfərin necə keçməsi barədə qısa məlumat verib.

“Moldovadakı bütün görüşlərimiz maraqlı keçdi. İqtisadiyyat, gənclərin işsizliyi ilə bağlı məsələlər də müzakirə olundu. Növbəti məsələlərdə gündəliyə nələrin salınması ilə bağlı bizim də təkliflərimiz var idi. Digər təklilərimizdən biri məcburi köçkünlərlə bağlı idi. Təbii ki, Ermənistan buna müqavimət göstərdi, indi də göstərməyə davam edir. Ama yaxşı hal odur ki, Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyəti ermənilərə basqı nümayiş etdirdilər. Ermənistan bu məsələdə tək qaldı. Mən də komitənin iclasında çıxış etdim. Hesab edirəm ki, uğurlu bir iclas keçdi. İndi hələlik məsələ müzakirə olunan məsələ Enerji və iqtisadi komitənin planı və hazırlanmasında təklifimizin qəbul olunmasıdır . Yəqin ki, qəbul olunar. Sonrakı məsələlərdə də maraqlı görüşlərimiz oldu”.
Fərəc Quliyev nümayəndə heyətinin uğurlu nəticə ilə geri dönməsini də vurğulayıb.
“Həmçinin, Moldovanın iqtisadiyyat naziri ilə görüşümüz oldu. Kardian Kalbak çox maraqlı bir məmurdur və iqtisadi sahədə çox cidi göstərişləri var. Hesab edirəm ki, onların münasibətindən də istifadə etməyə dəyər. Vaxtın qısa olmasına baxmayaraq başqa görüşlərimiz də oldu. Hesab edirəm ki, nümayəndə heyətimiz uğurlu nəticə ilə geri döndü. Yəni həm Avropa Parlamentarilərinin, həm də Şərq Tərəfdaşlığındakı partnyorların dəstəyini ala bildik”

Namidə BİNGÖL

Geri dön