Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb

Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb


Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına ( www.e-gov.az ) inteqrasiya edilib.
"Elektron hökumət" portalında “Elektron imza” və ya “ASAN imza” vasitəsi ilə qeydiyyatdan keçib “Güzəştli mənzil” sistemi elektron xidmətindən istifadə etmək mümkündür.
Beləliklə, bu gündən etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar "Elektron hökumət" portalına daxil olmaqla müraciətlərini Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) göndərə bilərlər.
Bunun üçün, portalın "Bütün xidmətlər" bölməsindən Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xidmət qrupu arasından "Güzəştli mənzil" sistemi elektron xidmətini seçmək lazımdır.
Xidməti portalın axtarış qutusuna, "Güzəştli mənzil" sistemi yazmaqla da tapa bilərsiniz. Xidmətə müraciət etməzdən əvvəl istifadəçi təlimatı ilə mütləq tanış olun.
Bu suallara (Güzəştli mənzil üçün kimlər müraciət edə bilər?; Hansı sənədlər tələb olunur?; "Elektron hökumət" portalı üzərindən xidmətə necə müraciət edilir?) cavab tapmaq üçün başlıqların üzərinə “klik”ləyin.
Həmçinin, sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə “www.mida.gov.az” və ya “www.mida.az“ internet saytlarının ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Güzəştli mənzillər almaq istəyən, lakin elektron imzası olmayanların nəzərinə çatdırırıq ki, "Elektron imza"nı aşağıdakı ünvanlardan - “www.e-imza.az” saytı üzərindən onlayn müraciət etməklə; "Şəbəkə" xidmət mərkəzlərindən; Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185); “ASAN xidmət” mərkəzlərinin MİDA xidmət pəncərələrinə müraciət etməklə əldə etmək olar.
Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan “Elektron imza” sertifikatından istifadə tam pulsuzdur. Bir dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir.
Bundan əlavə, “Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə “Elektron imza” ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.

Geri dön