Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Elmar Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Kolumbiya prezidenti Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu deyib və ölkədə son illər əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. O, ilk fürsətdə məmnuniyyətlə Azərbaycan Respublikasına səfər edəcəyini söyləyib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön