Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan milli hərəkat fəalı Murtaza Muradpur ETTELAATa çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan milli hərəkat fəalı Murtaza Muradpur ETTELAATa çağırılıb

Güney Azərbaycan milli hərəkat fəalı Murtaza Muradpur ETTELAATa çağırılıb


Güney Azərbaycanlı fəal Murtaza Muradpur Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.2012-ci il aprelin 30-u ETTELAAT məmurları azərbaycanlı fəalı yaxalamaq üçün onun ata evinə gedib, evdə axtarış apardıqdan sonra onun atasına məhkəmə hökmünü göstəriblər. Hökmə əsasən Muradpur ETTELAATın Təbriz zindanındakı otağına (37-ci otaq) müraciət etməlidir.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i Milli Qiyamın ildönümü ilə bağlı keçirilən yürüşdə Təbrizin Elgölü parkında tutuqlanıb və 3 il həbsə məhkum edilib.Təxmin edilir ki, azərbaycanlı fəalın barəsində çıxarılan hökm onun 3 illik həbs qərarının icrası ilə bağlıdır.Qeyd edək ki, hazırda Murtaza Muradpurun qardaşı Fərdin Muradpur Təbrizin mərkəzi zindanında həbsdədir. Onun barəsində 3 illik həbs qərarı var.

Geri dön