Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib - SİYAHI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib - SİYAHI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib - SİYAHI


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sənədlə aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin olunublar:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu - “Xalq qəzeti”nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu - “Trend” İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu - “Səs” qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu - “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu - “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

Geri dön