Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlyas Əfəndiyevə göndərilən bu fakt sizə çox şey deyəcək - Qazaxın sirli “Cəbi”si
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İlyas Əfəndiyevə göndərilən bu fakt sizə çox şey deyəcək - Qazaxın sirli “Cəbi”si

İlyas Əfəndiyevə göndərilən bu fakt sizə çox şey deyəcək - Qazaxın sirli “Cəbi”si


Hər zaman bölgələrdən paytaxta müxtəlif məzmunlu məktublar gəlib. Bu məktublar əsasən məmurlara, mədəniyyət, ədəbiyyat sahəsində çalışan insanlara ünvanlanıb. Belə məktublardan biri də Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşayan Cahandar Kalayev adlı məktəb müəllimi tərəfindən 1961-ci ildə xalq yazıçısı İlyas Əfəndiyevə göndərilib.

Enter.News S.Mümtaz adına Ədəbiyyət və İncəsənət Dövlət arxivində saxlanılan, o vaxt üçün elə də böyük əhəmiyyət kəsb etməyən, ancaq indi bir çox gizli mətləblərdən xəbər verən həmin məktubu təqdim edir:

“Hörmətli İlyas müəllim!

Sizi narahat etdiyim üçün üzr istəyirəm.

Mən çoxdandır ki, müəllimlik edirəm. Daimi iş və yaşayış yerim Qazax rayonunun Yuxarı Salahlı kəndidir. Özüm bədii ədəbiyyatla çox maraqlanıram. Sizi və başqa yazıçılarımızı oxuyanların biri də, deyə bilərəm ki, mənəm. 1959-cu ildə “Azərbaycan” jurnalında “Qoşabulaq məktəbi” adlı bir povest də çap etdirə bilmişəm.

İlyas müəllim, bu məktubu yazmaqda məqsədim bir məsələ barədə sizdən göstəriş almaqdır.

1960-cı ilin yayında bizim kənddə dalbadal bir neçə qəribə hadisə baş verdi: barama qurdları zəhərlənib qırıldı, 300 araba otdan qurulmuş böyük bir taya yandırılıdı, gecə evinə gedərkən kolxoz sədrinə güllə atıldı, qonşu erməni kəndinin adamları ilə bizimkilər arasında dava-dalaş oldu və s. Rayon milis şöbəsi və rayon prokuroru bu hadisələr ətrafında təhqiqat apardılarsa, heç bir nəticə vermədi. Aradan bir neçə ay da keçdi. Payızın orta ayında kolxozun cins, döllük atları saxlanan tövlə yandırıldı. 8 baş seçmə at yanıb külə döndü. Bir həftə sonra isə erməni qoruqçusu öldürüldü. Ermənilər bu işi bizim kəndin adamlarından gördülər. Arada inciklik əmələ gəldi. İki qonşu kənd ayağa qalxdı, vəziyyət ağırlaşdı, qorxu günbəgün artdı.

Onu da deyim ki, bizim Yuxarı Salahlı kəndi üç respublika ilə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları ilə həmsərhəddir. Bakı-Tbilisi, Bakı-Yerevan avtobusları bizim kənddən keçib gedirlər. Bizim tərəflərdə hərbi hissələr də yerləşir. Yaxınlıqda hərbi şəhərcik də vardır.

Hadisələrdən sonra “Yuxarı Salahlı kəndində şpion var, onu tapmaq lazımdır!” deyə adamlar orda-burda danışmağa başladılar. Elə bu zaman kənd soveti sədrinin kiçik otağında qonaq sifəti ilə yaşayan diş texniki topal Cəbi yox oldu. O, 8-9 ay olardı ki, haradansa gəlib bizim kənddə metal və qızıl dişlər qayırırdı. Özü də sovet sədrinin artıq otağında yaşayırdı. Cəbi hərdən bir Tbilisiyə, Yerevana və başqa yerlərə material gətirmək üçün gedəndə ev sahibinə deyirdi. Amma indi o, qəfildən yox oldu. Həm də gecə ikən bütün şeylərini yığışdırıb getmişdi. O, daha qayıtmadı. Dekabr ayının axırlarında kənd soveti sədri Tbilisiyə gedərkən Cəbiyə rast olur. Amma o, daha axsamırmış. Paltarını da dəyişibmiş.

Başına şlyapa qoyub, gözlərinə eynək taxıbmış. Sovet sədri ona yaxın gəlib salam verərkən, o, yaxındakı kiçik qapıdan bir dar həyətə girib yox olur.

İlyas müəllim, deyəsən sizi yordum. Onda keçirəm əsl mətləbə. İstəyirəm bu danışdığım əhvalatı ümumiləşdirib bir kiçik povest yazım, amma bir məsələni özüm üçün aydınlaşdıra bilmirəm: bir nəfər xarici ölkə cəsusunun indiki dövrdə ölkəmizə soxula bilib, apardığı bəzi pozucu işləri təsvir etmək olarmı? Buna necə baxarlar?

Xahişim budur ki, vaxtınız olsa, balaca bir məktub vasitəsilə bu suala cavab verməyə razı olasınız.

Dərin hörmətlə: Cahandar Kalayev.

Ünvanım: Qazax rayonu, Yuxarı Salahlı kəndi.22/I/61.”

Təqdim etdi: Rəşad Sahil

İlyas Əfəndiyevə göndərilən bu fakt sizə çox şey deyəcək - Qazaxın sirli “Cəbi”si

Geri dön