Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ İran rejimindən həbsdə olan bütün jurnalistləri dərhal azadlıqa buraxmağı tələb edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > ABŞ İran rejimindən həbsdə olan bütün jurnalistləri dərhal azadlıqa buraxmağı tələb edir

ABŞ İran rejimindən həbsdə olan bütün jurnalistləri dərhal azadlıqa buraxmağı tələb edir


ABŞ dövlət katibinin insan hüquqları və demokratiya üzrə köməkçisi Maykl Pozner İranda həbsdə saxlanan bütün jurnalistlərin azadlığa buraxılmasını tələb edib. Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə jurnalistlərə danışan Maykl Pozner deyib ki, iranlı jurnalistlərin həbsdə saxlanması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub: “ABŞ hökuməti Beynəlxalq Mətbuat Azadlığı Günündə İran hökumətindən həbsdə saxladığı bütün jurnalistləri azadlığa buraxmağı tələb edir. Biz İran rejimindən müstəqil medianın hər hansı zorakılıq və təzyiqə məruz qalmadan sərbəst şəkildə fəaliyyət göstərə bilməsi üçün şərait yaratmasını tələb edirik.

Biz öz canlarını insanları agah etmək üçün həqiqət uğrunda fəda edən igid iranlı jurnalistlərə, bloqçulara və ayrı-ayrı vətəndaşlarına hörmət bəsləyirik. Nəzərə almaq lazımdır ki, jurnalistlər hücuma və ya təhdidə məruz qalanda, yaxud tutulub həbsə salınanda və ya oğurlananda qorxu və dəhşət həqiqətin yerini tutur, bütün cəmiyyət isə bundan əziyyət çəkir. Jurnalistləri Müdafiə Beynəlxalq Komitəsi 2011-ci ilin dekabr ayına qədər dünyanın müxtəlif ölkələrində həbsdə saxlanan 179 jurnalistin adını qeydiyyata alıb. Təəssüflər olsun ki, onların 42 nəfəri təkcə İranda həbsdə saxlanılır”.

Geri dön